"Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq”.
525.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski deyib.
O, mətbuat konfransında bu gün Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk matçında səfərdə “Neftçi”yə qalib gəldikləri (2:1) matç haqda qısa danışıb.
Ümumiyyətlə, mətbuat konfransı çox qısa çəkib. Daha doğrusu, konfransı rusiyalı mütəxəsssin cəmi 4 cümləsindən ibarət olub. O bildirib
“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq. Daha vacibi hakimlər bu gün VAR-ı unutmuşdular. Prinsipcə oyunla bağlı mənim deyəcəyim heç nə yoxdur. Sağ olun”.
Bundan sonra V.Berezutski mətbuat konfransını jurnalistlərin sualları gözləmədən tərk edib.
çap et