525.Az

Rusiyada hərbi təyyarə qəzaya uğradı 


 

Rusiyada hərbi təyyarə qəzaya uğradı <b style="color:red"></b>

İrkutsk vilayətində bombardmançı Tu-22M3 təyyarəsi qəzaya uğrayıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Plan uçuşu yerinə yetirən təyyarə Usolsk rayonunun Buret yaşayış məntəqəsi yaxınlığında yerə çırpılıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza nəticəsində pilotların biri həlak olub.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzevin yerli KİV-ə verdiyi açıqlamada isə qəzanın hansısa dağıntı törətmədiyi, yerli sakinlər arasında itki olmadığı yer alıb.

Qeyd edək ki, qəzanın texniki problemlər üzündən yaşandığı rəsmi təsdiqini tapıb.

L.Tağıyeva

 





02.04.2025    çap et  çap et