Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" matçından öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqin vaxtı açıqlanıb.
Qol.Az-ın məlumatına görə, hər iki komandanın baş məşqçisinin mətbuat konfransı oyundan bir gün öncə, dekabrın 10-da keçiriləcək.
Media mənsublarının önünə ilk olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çıxacaq. O, saat 18:00-da jurnalistlərin suallarını cavablandıracaq. Saat 18:30-da isə Ağdam təmsilçisinin oyunöncəsi son məşqi olacaq.
"İnter"in çalışdırıcısı Roberto Mançininin oyunöncəsi mətbuat konfransı saat 20:00-da baş tutacaq. Saat 20:30-da isə Milan təmsilçisi oyunöncəsi sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.
çap et