525.Az

Asəf Hacıyev deputat mandatını təhvil verəcək


 

Asəf Hacıyev deputat mandatını təhvil verəcək<b style="color:red"></b>

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilib.

“Modern.az” saytına danışan Asəf Hacıyev deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibliyi İstanbulda yerləşdiyi üçün o, Türkiyəyə köçəcək:
 
“Buna görə də deputatlıqdan imtina edəcəm. 2015-ci ilin yanvar ayından deputat fəaliyyətimə son qoyulacaq”.

Akademik Asəf Hacıyev 1951-ci ildə anadan olub. 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir. Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

 





09.12.2014    çap et  çap et