525.Az

Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar sərtləşdirilə bilər


 

Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar sərtləşdirilə bilər<b style="color:red"></b>

Ermənistanda hərbi xidmətdən və təlim toplanışlarından yayınmaya görə cəzaların sərtləşdirilməsi planlaşdırılır.

525.az “Report” a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin layihəsi hökumətin iclasında təsdiqlənib.

Çağırışdan yayınmaya görə həbs müddətinin 2-5 ildən 3-6 ilə qədər artırılması, təlim toplanışlarından yayınmaya görə isə 1 ildən 3 ilə qədər (hazırda 2 ilə qədərdir) müəyyən edilməsi təklif olunur.

Ədliyyə Nazirliyinin hazırladığı qanun layihəsi baxılmaq üçün parlamentə təqdim ediləcək.

 





03.04.2025    çap et  çap et