525.Az

Marko Rubio: ABŞ NATO-da qalacaq


 

Marko Rubio: ABŞ NATO-da qalacaq<b style="color:red"></b>

ABŞ NATO-da fəal rol oynamağa davam edəcək, Vaşinqton alyansın daha güclü olmasını istəyir.

525.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.

"ABŞ həmişə NATO-da fəal rol oynayıb. Prezident Donald Tramp NATO-ya qarşı deyil, o, lazımi imkanlara malik olmayan alyansa qarşıdır", - dövlət katibi bildirib.

 





03.04.2025    çap et  çap et