525.Az

Türkiyə və Fransa XİN rəhbərləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib


 

Türkiyə və Fransa XİN rəhbərləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazirlər eyni zamanda, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar: “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.

 





03.04.2025    çap et  çap et