525.Az

Beyni silkələnən Alissondan yeni xəbər


 

Beyni silkələnən Alissondan yeni xəbər<b style="color:red"></b>

"Liverpul"un qapıçısı Alisson Beker növbəti oyunda da komandasına kömək edə bilməyəcək.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı qolkiper millinin düşərgəsində olarkən beyin sarsıntısı keçirib.

İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la matçda meydana çıxmayan qapıçı "Fulhem"lə qarşıdan gələn oyunu da buraxacaq. "Fulhem" - "Liverpul" matçı aprelin 6-da keçiriləcək.

Qeyd edək ki, Alisson Beker bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 28 matçın 12-də qapısını toxunulmaz saxlayıb.

 





03.04.2025    çap et  çap et