525.Az

Aİ iqtisadiyyatı və əhalisi Brüsselin səriştəsizliyinin əvəzini ödəyir - Siyarto


 

Aİ iqtisadiyyatı və əhalisi Brüsselin səriştəsizliyinin əvəzini ödəyir - <b style="color:red">Siyarto</b>

Avropa ölkələrinin iqtisadiyyatları və əhalisi Brüssel siyasətçilərinin səriştəsizliyinin əvəzini növbəti dəfə ödəyir.

525.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"ABŞ prezidenti Donald Trampın gömrüklə bağlı dünənki açıqlamalarından sonra vəziyyət aydınlaşdı. Avropa Komissiyası danışıqlar aparmalı idi”, - Siyarto sosial şəbəkə hesabında yazıb.

XİN başçısı əlavə edib ki, avropalı diplomatlar avtomobil sənayesində tarifləri 10%-dən 2,5%-ə endirmək üçün Amerika administrasiyası ilə danışıqlar aparmalı idilər, lakin bunu etmədilər: “Avropa Komissiyası da uğursuzluğa düçar oldu. Danışıqlar aparmadılar, əksinə, iqtisadi məsələni yenidən ideoloji məsələyə çevirdilər”.

Pərvanə Sultanova

 





03.04.2025    çap et  çap et