525.Az

Niger ölkədə Rusiya səfirliyini açmaq qərarına gəlib


 

Niger ölkədə Rusiya səfirliyini açmaq qərarına gəlib<b style="color:red"></b>

Niger ölkədə Rusiya səfirliyini açmaq qərarına gəlib və bunun yaxın zamanda baş verəcəyinə ümid edir

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Bakari Yau Sanqare Sahel Dövlətləri Alyansı (SDA) nümayəndələrinin Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Bu məsələ ilə bağlı bütün lazımi qərarlar qəbul edilib. İndi biz Rusiyanın Nigerdəki diplomatik nümayəndəliyi üçün uyğun bina tapmalıyıq. Tezliklə bunu həll edəcəyik. Rusiyanın bizə səfir namizədini təklif etməsini səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu ən qısa müddətdə baş verəcək", - o vurğulayıb.

 





03.04.2025    çap et  çap et