525.Az

Kiyevdə bazarda güclü partlayış: 2 ölü


 

Kiyevdə bazarda güclü partlayış: 2 ölü<b style="color:red"></b>

Bu gün səhər saatlarında Desnyansk rayonunda yerləşən "Yunost" bazardakı mağazaların birində güclü partlayış baş verib.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Partlayış nəticəsində 59 və 60 yaşlarında 2 kişi həyatını itirib. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, polisin məlumatına görə, partlayışa qumbara səbəb olub. İstintaqçılar hadisə yerində çox sayda qəlpə aşkarlayıblar.

L.Tağıyeva

 





03.04.2025    çap et  çap et