525.Az

"Porsche" tank istehsal edəcək


 

"Porsche" tank istehsal edəcək<b style="color:red"></b>

Dünyada məşhur "Porsche" konserni yaxın gələcəkdə tank və silah istehsalına başlaya bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb konsernin son illər üzləşdiyi maliyyə problemləridir.

Son 1 ildə 20 milyard ziyanla işləyən "Porsche"nın menecerləri vəziyyətdən çıxış kimi tank və silah istehsal etməyi görürlər. Bunun üçün hərbi sənaye sahəsinə ilkin olaraq 2 milyard avro sərmayə qoyulması planlaşdırılır.

Qeyd edək ki, "Porsche" 2-ci Dünya Müharibəsi dövrünə silah istehsalı ilə məşğul olub. O vaxt konserndə "Tiger", "Maus" tankları ilə yanaşı digər hərbi texnikalar yığılıb. Müharibədən sonrakı dövrdə isə "Leopard"  tanklarının hazırlanmasında yaxından iştirak edib.

L.Tağıyeva

 





03.04.2025    çap et  çap et