525.Az

Qarabağın “Bir nömrəli”si


 

Qarabağın “Bir nömrəli”si <b style="color:red"></b>

Çoxdandır bu barədə yazmaq istəyim axır ki, baş tutdu.

Milli Kitabxananın dövrü mətbuat zalında keçmiş sovet dövründə nəşr olunanLenin yoluqəzetinin arxivini vərəqlədikcə, “Bir nömrəliilə bağlı xeyli məlumatməktəbin tarixi fəaliyyəti haqqında, habelə, gec olsa qeyd olunan 100 illik yubileyi barədə ətraflı məlumat toplaya bildim. Məktəbi bitirən çoxsaylı məzunlarla görüşdüm. Təhlil üçün artıq xeyli mənbə material var idi...

Mətləbə keçməmişdən öncə görüşlərdən yaddaşımda iz buraxan bir məqama toxunmaq istəyirəm. Hamımıza yaxşı bəllidir ki, Ağdamın idarəçilk prinsipi özünəməxsusluğu ilə seçilirdi. Sov.İKP-nın, “NKVD”-nin qılıncının hər tərəfinin kəsdiyi zamanda şəhər partiya qanunları ilə deyil, məhz yerli qanunlarla idarə olunurdu. Həmsöhbətim olan məzunların fikirlərində diqqətimi çəkən şəhər idarəçiliyindəki busxeminməktəbə siyarət etməsi oldu. Məhzbir nömrəlibu qanunların tətbiq edildiyi ilkin mərhələlərdən idi...

Zəngin tarixə malik olan 1 nömrəli orta məktəbin inkişaf yolu olduqca məzmunludur.

Hamımıza yaxşı bəllidir ki, Ağdam Qarabağın bir çox sahələrində İLKƏ imza atıb. Onlardan biri ilk məktəbin açılşı ilə bağlıdır. Əldə etdiyim məlumatlardan ən önəmlisi o oldu ki, bir nömrəli orta məktəb 1883- ildə indiki Füzuli rayonunun Qarğabazar kəndindən olan Əsgər bəy Eyvazov tərəfindən Muradbəylidə Əbdül Zamanovun mənzilində açılmışdır. Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsini bitirmiş Əsgər bəy Eyvazovun açdığı cəmi 5 nəfər şagird olan bu məktəbə dərslər rus dilində keçirilirdi.

Bu addımın atılması çarizm üçün vacib sayılırdı. Belə ki, qərarın verilməsinin  əsas məqsədi həm idarəçiliyə yerli kadrların cəlb edilməsi, digər tərəfdən çarizm ideologiyasının təbliği, həm XIX əsrin 60-70-ci illərindəki məktəb islahatı dünyəvi elmlərin tədris edilməsi tələbi ilə bağlı idi. Məlumatlardan o da bəlli oldu ki, Əbdül Zamanovun mənzildəki qısa müddətli fəaliyyətdən sonra bu məktəb Lenin küçəsindəki (sonralar Eldar Bağırovun adını daşıyırdı) rayon xalq maarif şöbəsinin yerləşdirdiyi binanın arxa tərəfindəki evə köçürülmüşdü. Həmin binanın sahibi Xurşud Banu Natəvanın knyaz X.B Usmiyevdən olan oğlu Mehdiqulu xan Vəfanın qızı Ağabikənin əri Əkbər Mirzəyə məxsus olduğu deyilir. Məktəb həmin binada yerləşərkən onun direktoru Qazax rayonundan Əhməd bəy Abbasov olmuşdu. Şagirdlərin sayı artdığından sonralar həmin məktəb artıq knyazın mənzilinin kiçik otaqlarına sığışmırdı

1904- ildə həmin məktəb sonralar tədris istehsalat kombinatının yerləşdiyi binaya köçür. Bu zaman məktəbin direktoru Ağdamın Gülablı kəndindən olan Abbas İsmayılov olmuşdu. Abbas bəy maarifpərvər ziyalı, bacarıqlı təşkilatçı idi. Onun vaxtında məktəb iki sinifli, təhsil müddəti isə 4 il oldu. Tədris planında Azərbaycan dili, A.O ÇeriyayevskininVətən dili”, ”Rus dili”, ”Hesab”, şəriət, hüsnxətt fənləri var idi. Rus dili fənni K,D.UşinskininRodnaya reçkitabı üzrə tədris edilirdi.

Abbas bəy Ağalar oğlu İsmayılov 1885-ci ildə Ağdamın Abdal kəndində anadan olmuşdur. Dayısı Əlixan Tiflisdə dövlət qulluğunda, hərbi işdə çalışırdı. Dövrünün tanınmış ziyalısı idi. Əlixan bacısı oğlu Abbası Tiflisə aparıb onun tərbiyəsi ilə yaxından məşğul olur sonra Qori seminariyasına oxumağa göndərir. 1905-ci ildə Abbas bəy Qori seminariyasını bitirir təyinatla Bərdənin Ləmbəran kəndinə göndərilir. İki ildən sonra, 1907-ci ildə o, əvvəlcə Qərvənd məktəbinə, 1909-10-cu dərs ilindəBir nömrəli direktor təyin edilir

Əldə etdiyimiz məlumatlarda qeyd edilir ki, A.İsmayılov bütün şüurlu həyatını Qarabağda maarifin çiçəklənməsinə, əhalinin savadlanmasına, təlim-tərbiyə işinə sərf edir. Abbas bəy 20 il (1909-1929) məktəbin direktoru olur. Həmin illərdə ibtidai məktəbi iki sinifli mütərəqqi məktəbə çevirmiş, təhsil müddətini beş il etdirmişdi. Sonradan məktəbi genişləndirmiş, onu əvvəlcə yeddiillik, sonra isə orta məktəb səviyyəsinə çatdırmışdır.

Abbas bəy məktəbinin yetirmələrindən Məmməd Abdullayev, Yaqub Tağıyev, Behbud Mustafayev, Yusif Əhmədov, Vəliyəddin Əfəndiyev, Hacı Hacızadənin adları çəkilir.

Yaqub Tağıyevin xatirələrindən:

“... Abbas bəy qayğıkeş bir insan idi. O, məktəbin həyətində yetişən meyvələri yığdırar, saxlayar, sonra şagirdlərə paylayardı. Həmçinin şüurlu surətdə bizi başa salardı ki, zəhmət çəkmək , ağaclarımızı becərmək lazımdır ki, səfasını da görəsən. Əl zəhməti ilə yeyilən şirin olar deyirdi. Odur ki, məktəbin bütün rayonda fərqlənən şöhrətli bağı var idi. Abbas bəy şagirdlərə fiziki cəza verməyin bərk əleyhinə idi. Bir dəfə Tiflisdən gələn popuçitellə birlikdə sinfə daxil olur. Rus dili müəlliminin dərsi idi. Onda mən üçüncü sinifdə oxuyurdum. Həmin müəllim adəti üzrə özü ilə həmişə sinfə çubuq gətirər, lazım gələndə işlədərdi. Onlar sinifə daxil olanda çubuq yenə stolun üstündə idi. Abbas bəy elə popuçitelin yanında çubuqu əlinə götürüb müəllimin üzünə çəpəki baxdı sındırıb pəncərədən bayıra atdı...”

Yusif Əhmədovun xatirələrindən:

“...Abbas bəyi mənim həmyaşıdım deyildi, mən ondan dərs almışam. Həmçinin o, bizim ailə ilə yaxın olmuşdur. Atam qardaşlarım dövrün təhsil görmüş ziyalıları idilər. Abbas bəy bizim ailə ilə yaxınlaşdıran elə bu cəhət idi. Bizim evə tez-tez yığışar, ədəbiyyatdan, elmdən, poeziyadan söhbət edərdirlər. Abbas bəy sözün əsl mənasında maarif fədaisi idi. Zabitəli,tələbkar,həmçinin qayğıkeş bir insan idi, sənət elm adamlarına böyük hörməti vardı. Klassik müasir yazıçıları yaxşı tanıyır, saatlarla onlardan danışır, əzbərdən şeir söyləyərdi. Nədən danışarsa-danışsın, sözün əsl məğzinin xalqımızın maariflənməsinə yönəldirdi. Mənə indi onu sevdirən, məzarı qarşısında diz çökdürən, bax, bu cəhətdir...”

Xatırladaq ki, A.İsmayılovun xidmətləri həmin məktəbə direktorluq etməsi ilə qurtarmır. O, RayonXalq Maarifi Şöbəsinin çox bacarıqlı inspektoru olmuşdur. Habelə onun təşəbbüsü ilə rayonun Muradbəyli kəndində qızlar məktəbi (sonralar 7 nömrəli rus orta məktəbinin yerləşdiyi bina) II dərəcəli məktəb açılmışdı.

Abbas bəyin səyi, maarifpərvərliyi, böyük qayğıkeşliyi humanizmi nəticəsində az müddətdə rayonun Seyidli, Sarıhacılı, Ətyeməzli, Qiyaslı, Muradbəyli başqa kəndlərindən məktəbə təhsil almağa gələn uşaqlar şagird kontingentini xeyli artırmışdı. Məktəbin o zamanki müəllimlərindəm Mirzə Davud Ağamirzəyev ana dilini (“Vətən dili”), Mirzə Məhəmməd şəriət dərslərini, Sonya xanım adlı rus qadını isə rus dilini tədris edirmiş. Onlar hər biri Qori seminariyasının müdavimləri olmuşlar. O zamanlar məktəbə yerli əhaliAbbas bəyin məktəbi deyərmişlər.

Yazıların birində belə bir məqam var ki, 1911-12-ci tədris ilində məktəbə daxil olmuş, təqaüdçü müəllim Məmməd Abdullayev göstərir ki, o zaman həmin məktəbdə təhsil alanların xüsusi forması var idi. Oğlanlardan ibarət şagirdlər kül rəngli kostyum geyər şanka (furajka) qoyarmışlar. Şapkanın qabağında məktəbli kəmərinin üstündə”(Aqdamskaya şkola) hərfləri həkk edilmişdir.

1916-17- ci illərdə Rusiyadakı inqilab abu-havası Azərbaycana da təsirsiz ötüşmür. Ölkəmizdə mütərəqqi ideyalar boğulur, xalq maarifinə məktəbə qarşı bir-birinin ardınca təqiblər başlanır. Bu vəziyyətdən ruhanilər sui-istifadə edərək Qarabağın ilk mütərəqqi məktəbini müvəqqəti olsa da bağlatdırmağa nail olurlar. Nəticədə yuxarıda adlarını çəkdiyimiz şagirdlər öz sənədlərini belə ala bilmirlər. Onlardan bir neçəsi, o cümlədən maarifpərvər Əli İbrahimov Qori seminariyasına oxumağa gedir. 1918-ci ildə xalqımızın tanınmış maarifçisi publisisti F.B.Köçərlinin təşəbbüsü ilə Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa gətirilir. Qarabağ əhalisinin maariflənməsində bu nəcib təşəbbüsün böyük faydası olmuşdur. Vəli Məmmədov, Kərim Kərimov, Əli Abdullayev, Məhiş Hüseynov, Həsən Həsənov,Vəli Nəriman Axundovlar bir çox başqaları həmin seminariyanın yetişdirmələridir.

Qeyd etmək yerinə düşərdi ki, Əli İbrahimov Qori seminariyasını bitirdikdən sonra Ağdama gəlmiş öz evində (bir nömrəli hamamın qarşısında, Əli İbrahimov küçəsində) ilk qız məktəbi açmışdı. O bununla kifayətlənməyərək, məktəb bağlandıqdan sonra təhsildən kənarda qalan Y.Əhmədov, H.Hacızadə başqalarını toplayıb sinif təşkil etmişdir. Həmin sinifdə Abbas bəy, Mirzə Davud Ağamirzəyev Mirzə Məhəmməd dərs demişlər. Azərbaycan Xalq Cümhuriyyəti illərində məktəb fəaliyyətini bərpa etmiş, sovet hakimiyyəti qurulduqdan sonra məktəb yeni strukturla açılmışdır.

Abbas bəy maarifpərvər, bacarıqlı təşkilatçı Mir Kazım müəllim müxtəlif illərdə məktəbə rəhbərlik edirlər.

1948-49-cu dərs ilinə qədər şəhər 1 nömrəli orta məktəb şəhər tədris istehsalat kombinatının binasında qalır. Sonralar məktəb sonuncu fəaliyyət göstərdiyi binaya köçmüş o zamandan Qarabağın ən qədim məktəbi kimi fəaliyyət göstərmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Ağdamın erməni işğalına məruz qaldığı illərdə məktəbdə 100 nəfərə qədər müəllim 1300 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Məktəbdəki müəllimlərin hamısı ali təhsilli idi. Məktəbin müasir cihazlarla təmin olunmuş labaratoriyaları, fənn kabinetləri, zəngin kitabxanası, idman zalı hətta hər il 15 min rubl gəlir verən geniş məktəbyanı sahəsi var idi. Vahid QazininRuhlar şəhərikitabınınSümük abidəbölümündə “1 nömrəliməktəb geniş təsvir olunub.

Məktəbin məzunları arasında 200-dən çox elmlər namizədi, elmlər doktoru professor vardır. Akademik Cəmil Quliyev, AMEA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, texnika elmləri doktoru Rafiq Əliyev, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, geologiya- mineralogiya elmləri doktoru Xudu Məmmədov, keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü , akademik, tibb elmləri doktoru Adilə Namazova, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri doktoru Cahid Quliyev onlarla başqa elm xadimi  məhz bu məktəbin məzunlarıdır.

Ağdamın işğalınadək  məktəbin məzunlarından 35 nəfəri həmin məktəbdə fəaliyyət göstərmişdir. Bu müdavimlərdən X.Mustafayeva, E.Cəfərova, N.Məmmədova başqaları öz peşəsinə dərindən yiyələnmiş, savadlı qayğıkeş müəllimlər sayılırdı. Məktəbin dərs hissə müdiri Ənvər Nəsibov, təşkilatçı Asif Abbasov, qabaqcıl maarif xadimlərindən olan təcrübəli müəllimlərdən N.Quliyeva, Q.Şirinova, Ə.Məmmədova başqaları nəinki məktəbdə, eləcə rayonda tanınmış pedaqoqlardan sayılırdı...

Apardığımız araşdırmaların nəticəsi olaraq  biz hələlik qısa şəkildə olsabir nömrəlibarəsində müəyyən fikirlərimizi oxucularımızla bölüşürük. Amma diqqəti bir məqama da çəkmək istərdim. Belə ki, son vaxtlar nədənsə, hansı səbəbdəndir bilmirəm, Qarabağı ictimaiyyətə yalnız musiqi beşiyi kimi, konservatoriya kimi təqdim edirik. Bu da bir həqiqətdir ki, QARABAĞ musiqi mədəniyyətimizə dahi Üzeyir bəy Hacıbəylini verib. Ancaq Qarabağın həm Azərbaycan ədəbi mühitinə, elminə, təhsilinə, səhiyyəsinə Üzeyir bəy səviyyəli onlarca şəxsiyyətlər verdiyini unutmamalıyıq. Yuxarıda adları çəkilən elm xadimlərinin siyahısına, 40- illərin təbirincə desəkordenli  müəllim Əli Eyvazovun, bir nömrəliyə rəhbərlik etmiş Şiraslan Abdullayevin, Səmayə Zamanovanın Qarabagda təhsilin inkişafında xüsusi xidmətləri olmuş Süleyman Zeynalovun adlarını  əlavə etsək, yəqinki Qarabağın təqdimatında balansın gözləmək lazım gəldiyini açıq aydın görə bilərik.  Təkbir nömrəlinin verdiyi töhfələr saysız-hesabsızdır. Odur ki, fikrimcə belə məqamlarda diqqətli olmalı təqdimatda balans gözlənilməlidir.

Son olaraq deyim ki, 2013- ildə Qarabağınbir nömrəlisinin 130 illiyi qeyd ediləcək. Azərbaycan təhsilinin inkişafında öz yeri izi olan, hazırda köçkün həyatı yaşayan məktəbin 130 illiyinin qeyd edilməsi həm bütün məzunlar üçün, həmdə Qarabağ üçün savab olardı

Düşünməyə dəyər ...

 





21.11.2012    çap et  çap et