525.Az

Amerikalı idmançı ikinci dəfə Ginnesin rekordlar kitabına düşdü


 

Amerikalı idmançı ikinci dəfə Ginnesin rekordlar kitabına düşdü<b style="color:red"></b>

Amerikalı idmançı Truett Heys turnikdə çəkinmə üzrə dünya rekordu vurub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gün ərzində 10001 dəfə çəkinməklə Ginnesin rekordlar kitabına düşüb.

2 il əvvəl Heys 8100 dəfə çəkinməklə dünya rekordu vurmuşdu. Amma cəmi 1 gün sonra avstraliyalı Heri Lloydom onun rekordunu yeniləmişdi.

Gərgin məşqlərdən sonra Heys bu dəfə 10001 dəfə çəkinməklə titulunu qaytarıb.

Qeyd edək ki, onun nailiyyəti artıq, Ginnesin rekordlar kitabının rəsmi nümayəndələri tərəfindən təsdiqlənib.

L.Tağıyeva

 





03.04.2025    çap et  çap et