525.Az

Azərbaycan Prezidenti: "Biz Cənub Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik"


 

Azərbaycan Prezidenti: "Biz Cənub Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik"<b style="color:red"></b>

"İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir".

525.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında bildirib.

Dövlət başçısı deyib ki, onlar tam iş gücündə işləyir:

"Biz onları genişləndirməliyik. Əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”.

 





04.04.2025    çap et  çap et