525.Az

Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər


 

Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər<b style="color:red"></b>

Azərbaycanla Moldova arasında bərpa olunan enerji sahəsində layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, müzakirələr Moldovanın energetika naziri Dorin Junqetu ilə keçirdiyi görüşdə baş tutub: "Görüş zamanı ölkələrimizin iqtisadi sektorda birgə fəaliyyəti müzakirə edilib”.

 





04.04.2025    çap et  çap et