525.Az

Tailandda turist avtobusu aşdı


 

Tailandda turist avtobusu aşdı<b style="color:red"></b>

Tailandın cənubunda turistləri daşıyan avtobus aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün Suratthani əyalətində baş verib.

Avtobusun salonunda olan 40 sərnişindən 21-i xəsarət alıb, 6-ı daha ciddi yaralarla xəstəxanaya yerləşdirilib. Onların Böyük Britaniya, Niderland, Almaniya və Malayziya vətəndaşları olduqları bildirilir.

Qeyd edək ki, qəzanın səbəbləri hələlik bəlli deyil. Yerli polis araşdırma aparır.

L.Tağıyeva

 





04.04.2025    çap et  çap et