Bu gün Bakı vaxtı ilə 19:25-də Myanmada güclü zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Rixter şkalası ilə 4,9 bal gücündə hiss olunub.
Zəlzələnin episentri 1 milyondan çox əhalisi olan Mandalay şəhərindən 53 km cənubda, 35 km km dərinlikdə yerləşib.
Qeyd edək ki, 1 həftə əvvəl Myanmada baş verən ardıcıl titrəyişlər ciddi dağıntılara və insan tələfatına səbəb olub. Son məlumatlara görə, həmin zəlzələlər zamanı ölənlərin sayı 3.300 nəfəri keçib.
L.Tağıyeva
çap et