525.Az

Myanmada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2886 nəfərə çatıb


 

Myanmada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2886 nəfərə çatıb <b style="color:red"></b>

Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 2886 nəfərə çatıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Myanma Dövlət Televiziyasının (MRTV) məlumatına görə, martın 28-də ölkədə baş verən zəlzələlərdə ölən və yaralananların sayı artıb.

Zəlzələlər nəticəsində ölənlərin sayı 2886-ya, yaralıların sayı isə 4639-a yüksəlib.

Qeyd edək ki, axtarış-xilasetmə qrupları müxtəlif ərazilərdə dağıntılar altından 3 yaralını xilas edib.

Malik Atilay 

 





01.04.2025    çap et  çap et