525.Az

ABŞ: Litvada təlim qəzasından sonra dördüncü əsgərin cəsədi tapılıb


 

ABŞ: Litvada təlim qəzasından sonra dördüncü əsgərin cəsədi tapılıb <b style="color:red"></b>

Ağ Ev Litvada təlim qəzasında itkin düşən dörd əsgərin sonuncunun cəsədinin tapıldığını təsdiqləyib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Qəzada itkin düşən sonuncu əsgərin cəsədinin tapıldığını təsdiqləyən Leavitt, "Bu, bizi təhlükəsizliyimizi qorumaq üçün hər gün dünyanın hər yerində həyatlarını riskə atan cəsur əsgərlərimizin fədakarlıqlarının parlaq nümayişidir" deyib.

Martın 25-də 3-cü Piyada Diviziyasının 1-ci Zirehli Briqada Döyüş Komandasının əsgərlərinin stasionar taktiki avtomobili yedəkləmək istəyərkən itkin düşdüyü, ertəsi gün isə M88A2 Hercules tipli avtomobilin təlim sahəsi yaxınlığında təxminən 4,5 metr dərinlikdə su və palçığa batmış vəziyyətdə tapıldığı açıqlanıb.

ABŞ-ın Avropa və Afrika Komandanlığı itkin düşən dörd əsgərdən üçünün ölü tapıldığını açıqlayıb.

Qeyd edək ki, ABŞ qüvvələri mütəmadi olaraq Litvada NATO müttəfiqləri ilə birgə təlimlərdə iştirak edir.

Malik Atilay 

 





02.04.2025    çap et  çap et