525.Az

Çin Tayvan Boğazında hərbi təlimlərə başlayıb


 

Çin Tayvan Boğazında hərbi təlimlərə başlayıb <b style="color:red"></b>

Çin, özünün materikini Tayvandan ayıran və suverenlik mübahisəsi ilə üzləşdiyi Tayvan boğazında hərbi təlimlərə başladığını elan edib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Tayvanın yerləşdiyi bölgədən məsul olan Xalq Azadlıq Ordusunun (PLCA) Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Xi Yi, "Boğaz daşqını 2025/A" adlı manevrin Tayvan boğazının mərkəzi və cənub bölgələrində həyata keçirildiyini bildirib.

Sözçü Xi vurğulayıb ki, təlim "müəyyənləşdirmə və yoxlama, xəbərdarlıq və dəf etmə, müdaxilə və saxlama" üzərində qurulub və məqsədin bölgənin təşkili və müşahidəsi, blokada və nəzarət və əsas hədəflərə atəş açmaqda qoşunların birgə əməliyyat imkanlarını yoxlamaq olub.

Bu arada, Çin ordusunun dünən başladığı adanı əhatə edən hərbi manevr və sahil mühafizə patrulu davam edir.

Malik Atilay 

 





02.04.2025    çap et  çap et