525.Az

İstanbul Hava Limanında yarım tona yaxın narkotik ələ keçirilib


 

İstanbul Hava Limanında yarım tona yaxın narkotik ələ keçirilib<b style="color:red"></b>

Türkiyənin İstanbul Hava Limanında 455,2 kiloqram narkotik vasitə - kokain ələ keçirilib.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ticarət Nazirliyinin Gömrük Mühafizəsi qruplarını uğurlu əməliyyata görə təbrik edib və bildirib ki, zəhər tacirlərinin gözlərini açmasına imkan verilməyəcək.

 





05.04.2025    çap et  çap et