525.Az

"Səbail" "Turan Tovuz"la bərabərə qaldı


 

"Səbail" "Turan Tovuz"la bərabərə qaldı<b style="color:red"></b>

Bu gün Misli Premyer Liqasında 29-cu tura start verilib.

525.az xəbər verir ki, ilk gündə 1 oyun keçirilib. Turun açılış matçında “Səbail” öz meydanında “Turan Tovuz”u qəbul edib. Görüş qolsuz heç-heçə ilə bitib.  

Beləliklə, 44 xala malik Tovuz klubu turnir cədvəlində 4-cü yerdədir. 20 xalı olan paytaxt təmsilçisi isə sonuncu – 10-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, turun digər görüşləri aprelin 6 və 7-də keçiriləcək.

5 aprel (şənbə)

17:00. “Səbail” - “Turan Tovuz” - 0:0
Hakimlər:
 Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Zeynal Zeynalov
“ASCO Arena”

6 aprel (bazar)

17:00. “Sabah” - “Kəpəz”

19:30. “Qarabağ” - “Zirə”

7 aprel (bazar ertəsi)

15:30. “Şamaxı” - “Neftçi”

18:00. “Araz-Naxçıvan” - “Sumqayıt”

 





05.04.2025    çap et  çap et