525.Az

ABŞ-nin Yəmənə endirdiyi zərbə nəticəsində azı 70 husi öldürülüb


 

ABŞ-nin Yəmənə endirdiyi zərbə nəticəsində azı 70 husi öldürülüb<b style="color:red"></b>

Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-nin əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani bildirib.

Əl-İryaninin sözlərinə görə, zərbələr zamanı tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub. (“Report”) 

 





05.04.2025    çap et  çap et