525.Az

Husilərdən ABŞ-nin aviadaşıyıcı gəmisinə hücum


 

Husilərdən ABŞ-nin aviadaşıyıcı gəmisinə hücum<b style="color:red"></b>

Yəməndə üsyançı "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dənizin şimalında ABŞ-nin təyyarədaşıyan Harri Truman və onun müşayiət edən gəmiləri raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurublar.

525.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya teleqram kanalında açıqlama yayıb.

Son bir neçə saat ərzində dəniz qüvvələrinin dəstəyi ilə raket qüvvələri və pilotsuz təyyarələr Qırmızı dənizin şimalında bir sıra döyüş gəmilərini vurub.

Bundan əvvəl husilərin bir gündə üç dəfə ABŞ-nin təyyarədaşıyan Harri Truman və onun müşayiət edən gəmilərə hücum etdiyi bildirilirdi ("Report").

 





06.04.2025    çap et  çap et