525.Az

ABŞ-nin mərkəzində daşqınlar - 16 nəfər öldü


 

ABŞ-nin mərkəzində daşqınlar - <b style="color:red">16 nəfər öldü</b>

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.

Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

 





06.04.2025    çap et  çap et