525.Az

Özgür Özəl yenidən CHP sədri seçildi


 

Özgür Özəl yenidən CHP sədri seçildi<b style="color:red"></b>

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.

525.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat paylaşıb.

“CHP 21-ci Fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı. Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi”, – məlumatda bildirilib.

 





06.04.2025    çap et  çap et