525.Az

Qəzzada daha 26 nəfər ölüb, 113 nəfər yaralanıb


 

Qəzzada daha 26 nəfər ölüb, 113 nəfər yaralanıb<b style="color:red"></b>

Son 24 saat ərzində Qəzza sektorunda daha 26 nəfər ölüb, 113 nəfər yaralanıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 1335 nəfər ölüb, 3 297 nəfər yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 50 695, yaralıların sayı 115 338 nəfərə çatıb.

 





06.04.2025    çap et  çap et