525.Az

Yeniyetmə boksçularımız Özbəkistanda təlim keçəcəklər


 

Yeniyetmə boksçularımız Özbəkistanda təlim keçəcəklər<b style="color:red"></b>

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.

525.az xəbər verir ki, hər iki yığma Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək.

Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

 





06.04.2025    çap et  çap et