525.Az

Peskov: Rusiya-ABŞ danışıqları davam edəcək, lakin konkret tarix bəlli deyil


 

Peskov: Rusiya-ABŞ danışıqları davam edəcək, lakin konkret tarix bəlli deyil<b style="color:red"></b>

Rusiya-ABŞ danışıqlarının davam etməsi gözlənilir, lakin tarix hələ müəyyən edilməyib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqlar davam etməlidir, bu, ümumi anlayışdır. Hələ ki, konkret gün yoxdur, bəlli olan kimi sizi məlumatlandıracağıq", - o qeyd edib.

Daha əvvəl Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu həftə Rusiya və ABŞ arasında yeni təmasların gözlənildiyini bildirib.

 





07.04.2025    çap et  çap et