525.Az

Nigeriyada bir neçə gün ərzində yaraqlılar 50-dən çox insanı öldürüblər


 

Nigeriyada bir neçə gün ərzində yaraqlılar 50-dən çox insanı öldürüblər<b style="color:red"></b>

Nigeriyanın Plato ştatında bir neçə gün ərzində yaraqlılar azı 52 nəfər öldürüblər, təxminən 2000 nəfər isə evlərini tərk etməyə məcbur olub.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Nigeriyanın Milli Fövqəladə Hallar Agentliyinə istinadən məlumat yayıb.

"Hücumlar ötən həftə Bokkos dairəsinin altı kəndində baş verib. Səbəbləri məlum deyil. Bu, 2023-cü ilin dekabrından bəri regionda ən böyük zorakılıq dalğasıdır, həmin vaxt 100-dən çox insan həlak olmuşdu", - məlumatda bildirilib.

Plato ştatı uzun müddətdir fermerlərlə maldarlar arasında gərginlik və dövri toqquşmalar zonası olaraq qalır.

 





07.04.2025    çap et  çap et