525.Az

FIDE-nin dördüncü prezidenti vəfat edib


 

FIDE-nin dördüncü prezidenti vəfat edib<b style="color:red"></b>

FIDE-nin dördüncü prezidenti olmuş islandiyalı Fridrik Olafsson vəfat edib.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq şahmatçı 90 yaşında ölüb.

Qrossmeyster 1978-ci ildən 1982-ci ilə qədər dünyanın ali şahmat qurumuna rəhbərlik edib.

Qeyd edək ki, F.Olafsson İslandiyanın ilk beynəlxalq qrossmeysteridir. O, altıqat İslandiya çempionu (1952, 1953, 1957, 1961, 1962, 1969), həmçinin Skandinaviya ölkələri arasında yarışın qalibi olub.

 





07.04.2025    çap et  çap et