525.Az

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 30%-dən çox artıb


 

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 30%-dən çox artıb<b style="color:red"></b>

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 milyard 635 milyon manat təşkil edib.

525.az xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31.3% və ya 390 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 1 milyard manatı elektron ticarət vasitəsi ilə, 350 milyon manatı POS-terminallar vasitəsi ilə, 236 milyon manatı bankomatlar vasitəsi ilə, 49 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il mart ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 264 min təşkil edib.

 





07.04.2025    çap et  çap et