525.Az

ABŞ-də güclü daşqınlar


 

ABŞ-də güclü daşqınlar<b style="color:red"></b>

ABŞ-nin cənub və qərb ştatlarının bir hissəsinə yağan leysan yağışlar daşqınlara səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, çaylarda suyun səviyyəsi artdığı üçün Kentukki və Tenessi ştatlarında onlarla yaşayış məntəqəsini su basıb.

Kentukki ştatında Likinq çayı sahilində yerləşən Falmut və Batler şəhərlərinin əhalisi təxliyə olunub. Tennessi ştatındakı Rayvs şəhəri isə demək olar ki, bütünlüklə su altında qalıb.

Texas ştatından Ohayo ştatına kimi yağışlar artıq, bir neçə gündür davam edir. Problem təkcə daşqınlarla bitmir. Çoxsaylı tornadolar da əhaliyə və yerli infrastruktura ciddi ziyan vurub. Məsələn, tornadoların  Tennessi ştatının Dayersburq şəhərinə vurduğu ziyan bir neçə milyonlar dollar həcmindədir. Təbii fəlakət azı 18 nəfərin həyatına son qoyub.

Qeyd edək ki, bir çox yerlərdə mümkün faciələrin qarşısının alınması məqsədilə yerli hakimiyyət orqanları qaz və işığın verilişini dayandırıblar.

L.Tağıyeva

 





07.04.2025    çap et  çap et