Rusiyada 18-ci əsrə aid 1 rubl nominalda sikkə satışa çıxarılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alıcı axtaran Kazan şəhər sakini sikkəni 10 milyon rubla (təxmini 201 min manat) satmağı planlaşdırır.
1727-ci ildə döyülən sikkənin bir üzündə (avers) cəmi 3 il (1727-1730) hakimiyyətdə olmuş 2-ci Pyotrun şəkili əks olunub. Digər üzündə isə (ravers) 4 "П" (Р) hərfi və tac var.
Qeyd edək ki, sözügedən sikkə o vaxt az sayda buraxılıb və dövrümüzə cəmi bir neçəsi gəlib çatıb.
L.Tağıyeva
çap et