525.Az

Qaçış yarışında faciə


 

Qaçış yarışında faciə<b style="color:red"></b>

Madriddə keçirilən ənənəvi "Movistar" yarımmarafonunda faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir, bu ilki qaçış zamanı 2 nəfərin ürəyi dayanıb.

Finişə az qalmış iştirakçılardan biri qəfildən huşunu itirib. Xəstəxanaya çatdırılan 38 yaşlı kişi orada dünyasını dəyişib. Həkimlər onun infarktdan öldüyü barədə rəy veriblər.

Digər iştirakçı da yarışın sonuna yaxın özündən gedib. Həkimlər briqadası onun nəbzini bərpa edərək xəstəxanaya göndəriblər. 21 yaşlı gəncin də ürəyində ciddi problem yaranıbmış.

Qeyd edək ki, 27 minə yaxın insanın iştirak etdiyi bu dəfəki yarımmarafonda həkimlər 50-dən çox atletə tibbi yardım göstəriblər.

L.Tağıyeva

 





07.04.2025    çap et  çap et