525.Az

Belçikadan Ukraynaya 1 milyard avroluq yardım təklifi


 

Belçikadan Ukraynaya 1 milyard avroluq <b style="color:red"> yardım təklifi</b>

Belçikanın Baş naziri Bart de Vever Ukraynaya səfərə yollanıb.

525.az xəbər verir ki, bu barədə “Le Soir” məlumat yayıb.

Nəşrin yazdığına görə, o, rəsmi Kiyevə 1 milyard avroluq yardım təklif edəcək.

“De Vever Ukraynanın paytaxtına əliboş getmir. Hökumətin üç üzvü dondurulmuş Rusiya aktivlərindən əldə edilən 1 milyard avrodan çox yardımı ev sahibi ölkəyə gətirir”, - deyə məlumatda qeyd olunur.

Səfər zamanı Bart de Veveri Belçikanın xarici işlər naziri Maksim Prevo, müdafiə naziri Teo Frabke və digər rəsmi şəxslər müşayiət edirlər.

İbrahim Cəfərov

 





07.04.2025    çap et  çap et