525.Az

Eldəniz Quliyevin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb


 

Eldəniz Quliyevin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb<b style="color:red"></b> Bu gün Bakı Apellyasiya Məhkəməsində Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin barəsində olan məhkəmə hökmündən verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.
 
APA-nın məlumatına görə, prosesdə işin məhkəmə baxışına verilməsinə və məhkəmənin istintaq olmadan aparılmasına qərar verilib. Proses dekabrın 17-də davam etdiriləcək.
 
Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə R. Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə E. Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunmalı və 1000 manat cərimələnməlidir. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.
 
Hökmdən narazı qalan E. Quliyev isə apellyasiya şikayəti verib. 
 





10.12.2014    çap et  çap et