525.Az

Pentaqonun büdcəsi tarixdə ilk dəfə trilyon dollara çatacaq


 

Pentaqonun büdcəsi tarixdə ilk dəfə <b style="color:red"> trilyon dollara çatacaq</b>

ABŞ Müdafiə Nazirliyinin büdcəsi bir trilyon dollar məbləğində təsdiqlənəcək və bu, tarixdə ən böyük büdcə olacaq.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

“Tezliklə - ABŞ Müdafiə Nazirliyi üçün ilk trilyon dollarlıq büdcə. ABŞ Prezidenti Donald Tramp ordumuzu sürətlə yenidən qurur”, - deyə Heqset söyləyib.

ABŞ-nin müdafiə naziri Pentaqonun hər bir vergi ödəyicisi dollarını ağıllı şəkildə - "ölümcüllük və hazırlıq üçün" xərcləyəcəyini vəd edib.

İbrahim Cəfərov

 





08.04.2025    çap et  çap et