525.Az

Prosineçki məhkəmə qarşısında


 

Prosineçki məhkəmə qarşısında<b style="color:red"></b>

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki problemlə üzləşib.

525.az QOL.az a istinadən  xəbər verir ki, hazırda Monteneqro millisinin çalışdıran xorvatiyalı mütəxəssisin sahibi olduğu şokolad fabriki 360 min avro borca görə iflas olmaq təhlükəsindədir.

Artıq şirkətin borclu olduğu şəxslər məhkəməyə müraciət ediblər. Zaqreb Ticarət Məhkəməsi fabrik haqqında ilk iclasın vaxtını iyulun 1-nə təyin edib.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

 





08.04.2025    çap et  çap et