525.Az

Premyer Liqa tarixində antirekord


 

Premyer Liqa tarixində antirekord<b style="color:red"></b>

"Lester" İngiltərə Premyer Liqasında yeni antirekorda imza atıb.

QOL.az xəbər verir ki, komanda ötən gecə 31-ci tur çərçivəsində doğma meydanda "Nyukasl"a uduzub (0:3) .

"Squawka"nın yaydığı məlumata görə, "Lester" İngiltərə çempionatı tarixində ardıcıl 8 ev matçında heç bir qol vurmadan məğlub olan ilk komandadır.

"Lester" Ruud van Nistelroyun rəhbərliyi altında Premyer Liqada son 18 matçda yalnız 2 qələbə qazanıb və 1 dəfə heç-heçə edib.

Hazırda "Lester" turnir cədvəlində 17 xalla 19-cudur.

 





08.04.2025    çap et  çap et