525.Az

Filippində vulkan püskürdü 


 

Filippində vulkan püskürdü <b style="color:red"></b>

Bu gün yerli vaxtla 05:51-də Neqros adasında ölkədə yerləşən ən aktiv vulkanlardan biri olan Kanlaon vulkanı "oyanıb".

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 dəqiqə davam edən püskürmə zəlzələ ilə müşahidə olunub.

Vulkan ətrafa xeyli kül atıb. Kül buludunun hündürlüyü 4-ə çatıb. Püskürmədən sonra ətraf yaşayış məntəqələrinin əhalisinin bir hissəsi təxliyə olunub. Kanlaon şəhərində  bu gün və sabaha 32 təyyarə reysi ləğv olunub. 

Qeyd edək ki, Kanlaon axırıncı dəfə ötən ilin dekabrında aktivləşmişdi. Həmin vaxt ərazidə 3-cü dərəcəli (maksimum 5-ci  dərəcədir) həyəcan elan edilmişdi.

L.Tağıyeva

 





08.04.2025    çap et  çap et