525.Az

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirə bilər


 

ABŞ İrana qarşı sanksiyaları <b style="color:red"> sərtləşdirə bilər</b>

Nüvə sazişindən imtina edəcəyi təqdirdə, Ağ Ev İrana qarşı sanksiyaları sərtləşdirə bilər.

525.az CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

O vurğulayıb ki, ABŞ Tehranın nüvə silahı əldə etməsinə icazə verə bilməz.

“Mən əlbəttə ki, İrana qarşı çox sərt sanksiyalar gözləyərdim. Ümid edərdim ki, sanksiyalar İranı nüvə proqramından əl çəkməyə məcbur edəcək”, - deyə K.Rayt bildirib.

İbrahim Cəfərov

 





08.04.2025    çap et  çap et