525.Az

Xocalı faciəsi Pakistan mətbuatında


 

Xocalı faciəsi Pakistan mətbuatında<b style="color:red"></b>

Pakistanın “National Herald Tribune”, “Statestimes” qəzetlərində, həmçinin,“One Pakistan” informasiya agentliyində   “Pakistan-Azərbaycan Media Forumu BMT Təhlükəsizlik Şurasının Kəşmir və Xocalı üzrə qətnamələrinin icrasını tələb etmişdir”  adlı  məqalə dərc olunub.

525.az-ın Azərbaycanın Pakistandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, məqalədə, İnsan Hüquqları Günü ərəfəsində Pakistan-Azərbaycan Media Forumunun Pakistanın sabiq federal naziri, istefada olan general-leytenant Faiz Əli Çiştinin ali qonaq qismində iştirak etdiyi toplantısının keçirildiyi bildirilib.
 
Vurğulanıb ki, iclasda  forumun  baş katibi Raca Caved Əli Batti Azərbaycanın Pakistandakı səfiri  Daşqın Şikarovun  Xocalı soyqırımına dair bəyanatını yayımlayıb.

Bəyanatda D. Şikarov,  Xocalıda baş vermiş hadisələrin Ermənıstan-Azərbaycan münaqişəsinin ən qara səhifələrindən olduğunu bildirib.

Qeyd eib ki, 7000 əhalisi olan Xocalı şəhəri 1991 –ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılıb və fevral ayının 25-dən 26-a keçən gecə  keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələrinin hücumuna məruz qalaraq tamamilə məhv edilib.
 
Həmin dəhşətli gecə zamanı 83 azyaşlı uşaqlar, 116 qadın daxil olmaqla 613 nəfər, onlardan 56 nəfəri xüsusi amansızlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib.  Minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.

Daha sonra qeyd olunub ki, işğalçı Ermənıstanın BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsi və Baş Assambleyasının  müraciətləri, Qoşulmama Təşkilatı, İƏT, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarını icra etməkdən boyun qaçıraraq işğalçı siyasətini davam etdirir.

Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

http://www.statestimes.net/2012/12/theme-human-rights-day-365.html

http://unnpakistan.com/pamf-demanded-implementation-of-un-security-council-resolutions-on-kashmir-and-khojaly-genocide/

 





10.12.2014    çap et  çap et