525.Az

Nəriman Həsənzadə Şuşa Humanitar Kollecinin qonağı olub


 

Nəriman Həsənzadə Şuşa Humanitar Kollecinin qonağı olub<b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun xətti ilə Şuşa Humanitar Kollecində Xalq şairi Nəriman Həsənzadə llə tələbə və müəllimlərin görüşü keçirilib.

Kollecin direktoru Rəsul İsmayılov qonaqları salamlayıb və belə görüşlərin əhəmiyyətini qeyd edib. Büronun direktoru şair Nazim Əhmədli və Kollecin ədəbiyyat müəllimi Könül Hüseynova Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında danışıblar.

Nəriman Həsənzadə yeni şeirlərini oxuyub və iştirakçıların suallarına cavab verib. Xalq şairi görüşdən çox məmnun qaldığını deyib.

Sonra kollecin musiqi kollektivi konsert proqramı ilə çıxış edib. Konsertdə əsasən Nəriman Həsənzadənin sözlərinə bəstələnən mahnılara yer verilib. Maya Sadıqova, Fəridə Əhmədova, Natiqə Yaqubova, Səbuhi İbayev və Elnur Zeynalovun ifaları alqışlarla qarşılanıb.
 





10.12.2014    çap et  çap et