525.Az

Kompani nəticəni ədalətli hesab etmir


 

Kompani nəticəni ədalətli hesab etmir<b style="color:red"></b>

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "İnter"ə məğlubiyyətdən (1:2) danışıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis nəticəni ədalətli hesab etmədiyini deyib: 

"Sona qədər şanslar yaratdıq. Lakin yekun hesab həmişə ədalətli olmur. Əslində, yalnız birinci hissə arxada qalıb. Heç kim "Təslim oldum, evə gedək” deyərək 1:2 hesabı ilə kifayətlənmir. Milanda qələbə qazanacağımıza inanırıq".

Xatırladaq ki, "İnter" - "Bavariya" cavab oyunu aprelin 16-da keçiriləcək.

 





09.04.2025    çap et  çap et