525.Az

Türkiyə səfirliyi Mədəniyyət və tanıtım müşavirliyinin nəşr etdirdiyi kitabların təqdimatı olub


 

Türkiyə səfirliyi Mədəniyyət və tanıtım müşavirliyinin nəşr etdirdiyi kitabların təqdimatı olub <b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi tərəfindən nəşr edilən kitabların təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, birliyin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimat mərasimində müşavirlik tərəfindən çap edilən Elman Quliyevin "Türk xalqları ədəbiyyatı", Leyla Faiqqızının "Məhməd Akif Ərsoy", Sona Çərkəzin "Ölüm hələ son deyil" kitabları ictimaiyyət nümayəndələrinə təqdim olunub.

Tədbirdə çıxış edən Seyid Əhməd Arslan bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyəti ilə bağlı mütəmadi tədbirlər keçirir, müxtəlif mədəni layihələrin həyata keçirilməsinə dəstək verir. O deyib ki, təqdim olunan hər üç kitab qeyd olunan layihələr çərçivəsində hazırlanıb.
 





10.12.2014    çap et  çap et