525.Az

Hər gecə Ağdamı yuxuda görən adam


 

Hər gecə Ağdamı yuxuda görən adam<b style="color:red"></b>

Nağıyev Fazil Qabil oğlu 22 iyun 1962-ci ildə Ağdam rayonunun Keşdazlı kəndində anadan olub. 1979-cu ildə onillik təhsilini başa vurub, 1980-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırma" fakültəsinə daxil olub, 1987-ci ildə institutu iqtisadçı üzrə bitirib. Təhsilini qiyabi yolla davam etdirdiyi üçün müxtəlif sahələrdə işləyib. Tez bir zamanda bacarıq və qabiliyyətinə görə fəhləlikdən Ağdam kənd sovetinin sədri vəzifəsinə yüksəlib. Hər bir yerdə hamının dərin hörmət və ehtiramını qazanıb.

Ataları Fazil Nağıyev övladlarına Vətən, yurd sevgisi, insanlara qayğı, mərhəmət hissi aşılamışdı. Fazil müəllimin hər dəfə adı çəkiləndə gözlərimiz önündə ucaboylu, çinar vüqarlı bir insanın əzəmətli siması canlanırdı. O, təkcə qəddi-qaməti ilə deyil, həm də alicənablığı, xeyirxahlığı və insanpərvərliyi ilə yaddaşlara həkk olunmuşdu. Bu keyfiyyətlərinə görə Qarabağın əksər rayonlarında onu tanımayan çox az adam tapılırdı. Hamı onu imkansıza əl tutan, kimsəsizə arxa olan bir kişi kimi tanıyırdı. Qabil də atası kimi xarakterli insan idi.

1988-ci ildən - Ağdamın üstünü qara buludlar alan gündən bütün vətənpərvər oğullar kimi Qabil də silaha sarılmışdı. Qabil Nağıyev 2009-cu ildə Bakı şəhərində yerləşən Ağdam rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi vəzifəsində işləmişdi. Bu illərdə Bakı şəhərində yaşayan bütün ağdamlılar nümayəndəliyə gələrdilər. Hamı ondan qayğı və mərhəmət, əlindən gələn köməkliyi göstərərdi. Qabil nümayəndəliyə üz tutan hər kəsə öz kimsəsi kimi baxırdı.

Nümayəndəlikdə Qabil ilə bir yerdə işləyən Tofiq Vəliyev də, Təranə Əliyeva da, Bəsirə Abbasova da ona bir iş yoldaşı kimi yox, bir arxa, kömək kimi, bir qardaş kimi baxardılar. Təranə və Bəsirə deyir ki, biz hərəmiz üç qardaş itirmişdik, indi ən əziz, doğma dördüncü qardaşımızı itirdik.

Qabil Nağıyev bu il  noyabrın 29-da iş başında, ürək çatışmazlığından qəflətən vəfat etdi.

Allah rəhmət eləsin, qəbri nurla dolsun.

Surxay ƏLİBƏYLİ

 





10.12.2014    çap et  çap et