525.Az

Bağçasında 2-ci Dünya Müharibəsindən qalma bomba tapdı


 

Bağçasında 2-ci Dünya Müharibəsindən qalma bomba tapdı<b style="color:red"></b>

Böyük Britaniyada 2-ci Dünya Müharibəsindən qalma bomba aşkarlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hereford qraflığının Putli şəhərində Ross Miller adlı sakin həyətyanı bağçanı alaqlardan təmizləyərkən metal korpuslu əşya ilə rastlaşıb.

Əşyanın üzərindəki "1940" yazısı və güllə formasında olması Milleri şübhələndirib və o, xilasetmə xidmətinə məlumat verib. Az sonra əraziyə gələn polis tapıntının həqiqətən 2-ci Dünya Müharibəsindən qalma bomba olmasını təsdiqləyib. 

Uzun illər açıq havada qalması üzündən partlayıcılıq qabiliyyətini itirən bomba təmizlənərək suvenir kimi Millerə təqdim olunub.

Qeyd edək ki, bağça sahibi bu suvenirdən pivələri sərin saxlamaq üçün istifadə edəcəyini bildirib.

L.Tağıyeva

 





09.04.2025    çap et  çap et