525.Az

20 milyonluq brilyant hərraca çıxarılacaq


 

20 milyonluq brilyant hərraca çıxarılacaq<b style="color:red"></b>

Gələn ay Cenevrədəki məşhur "Sotheby's" Hərrac Evində 20 milyon dollarlıq nadir mavi brilyant hərraca çıxarılacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, "Mediterranean Blue" adı verilmiş 10 karatlıq daşın ilkin qiymətidir.

"Mediterranean Blue" 2023-cü ildə Cənubi Afrika Respublikasında yerləşən "Kullinan" almaz mədənində tapılmış 31,94 karatlıq almazdan hazırlanıb. Onu bu qədər qiymətli etməsi isə tərkibində azot qatqılarının çox az olmasıdır. Belə daşlar dünyadakı bütün brilyantların cəmi yarım faizini təşkil edir.

Qeyd edək ki, 20 milyonluq brilyantın hazırlanmasına ilyarım vaxt gedib. Mütəxəssislər 1 il onu "müayinə etdikdən" sonra, zərgərlərə təhvil veriblər. Onların işi isə daha 6 ay çəkib.

L.Tağıyeva

 





09.04.2025    çap et  çap et